Makron Ukraynanın Qərb silahları ilə Rusiyanı vurmasını dəstəklədi
29 May 2024
Fransa Prezidenti Emmanuel Makron Kiyevin Rusiya ərazisindəki hərbi obyektləri Qərb silahları ilə vurmasına icazə verilməsinin tərəfdarı olduğunu bildirib.
Bu barədə Makron Almaniya kansleri Olaf Şoltsla görüşündən sonra keçirilən mətbuat konfransında danışıb.
“Biz hesab edirik ki, onlara raketlərin buraxıldığı hərbi obyektləri və əsasən də Ukraynaya hücumların həyata keçirildiyi hərbi obyektləri zərərsizləşdirməyə icazə verməliyik. Lakin onların Rusiyadakı digər hədəfləri, açıq-aydın mülki hədəfləri və ya digər hərbi hədəfləri vurmaq hüququ olmamalıdır”, - deyə o bildirib.