Makron getmək istəmir - Yenidən seçilmək niyyətindədir
05 Yanvar 2022
Emmanuel Makron yenidən prezidentliyə namizədliyini irəli sürmək fikrindədir. O, bunu yanvarın 5-də elan edib.
Fransada növbəti prezident seçkisi bu ilin aprelində olmalıdır. Seçkinin ilk turu aprelin 10-na, ikinci tur ayın 24-nə təyin edilib.
Emmanuel Makron 2017-ci ildən Fransanın prezidentidir. Həmin il prezident seçkisinə “İrəli” hərəkatının lideri kimi qatılan Makron aprelin 23-ü ilk turda 24,01% səslə digər 10 namizədi, mayın 7-si ikinci turda 66%-dən çox səslə Milli Cəbhənin lideri Marin Le Peni üstələyərək prezident postuna yiyələnib.
Emmanuel Makron 1977-ci il dekabrın 21-i Amyen şəhərində anadan olub. Paris Siyasi Tədqiqatlar İnstitutunu və Milli Administrasiya Məktəbini bitirib. Sosialist Partiyasının üzvü olub. Bank sektorunda çalışıb, Fransa prezidenti yanında baş katibin müavini olub. 2014-2016-cı illərdə iqtisadiyyat, sənaye və rəqəmli texnologiyalar naziri postunu tutub. 2016-cı ildə “İrəli” hərəkatını yaradıb.
Emmanuel Makron Fransanın 8-ci prezidentidir. Ondan əvvəl dövlət başçısı postunu Şarl de Qoll, Jorj Pompidu, Valeri Jiskar d’Esten, Fransua Mitteran, Jak Şirak, Nikola Sarkozi və Fransua Oland tutublar.
Emmanuel Makronun xanımı ondan 24 yaş böyük olan Bricit Tronyedir. Onlar 2007-ci ildə ailə qurublar.
Bricit Tronyenin əvvəlki ərindən üç uşağı var. Emmanuel Makron yeddi nəvənin ögey babasıdır. (Novator.az)