Makron Fransa parlamentini buraxıb
10 İyun 2024
Prezident Emmanuel Makron Fransa Milli Assambleyasının (Fransa parlamentinin aşağı palatası) buraxılması və növbədənkənar seçkilərin keçirilməsi barədə qərar qəbul edib.
Bu barədə TASS xəbər verir.
"Fransanın əmin - amanlıq və harmoniya içində fəaliyyəti üçün aydın parlament çoxluğuna ehtiyacı var", - Prezident fransızlara televiziya müraciətində deyib.
“Mən növbədənkənar parlament seçkiləri təyin edirəm. Birinci tur iyunun 30-da, ikinci tur isə iyulun 7-də keçiriləcək", - Makron vurğulayıb.
Beləliklə, Makron “Renessans” Partiyasının Avropa Parlamentinə (AP) seçkilərdə ağır məğlubiyyətini etiraf edib.