Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri Azərbaycana gəlir
05 İyun 2024
Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycana gələcək.
Onun Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və ölkənin digər rəsmi şəxslərilə görüşləri planlaşdırılıb.
Danışıqlarda ikitərəfli münasibətlər, regional və beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunacaq.
Apreldə Siyarto iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasında iştirak etmək üçün Azərbaycana gəlib.
2023-cü ilin noyabrında Siyarto SPECA (Birləşmiş Millətlər Təşkilatının Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları üçün xüsusi proqramı) nazirlər toplantısında iştirak etmək üçün Bakıya gəlib.
Sonra o, Macarıstan şirkətləri konsorsiumu tərəfindən bərpa olunan Soltanlı kəndinin (Cebrayil rayonu) təməlatma tədbirində iştirak edib.