Logo
news content
User
Kateqoriyalar

Xəbər

Lloyd Ostin: "Ukrayna vəziyyəti öz xeyrinə dəyişib"

“Ukrayna Silahlı Qüvvələri müharibənin dinamikasını öz xeyrinə dəyişib”.

Bunu ABŞ-ın müdafiə naziri (Pentaqon rəhbəri) Lloyd Ostin deyib.

Onun sözlərinə görə, Ukrayna yüzlərlə yaşayış məntəqəsini və minlərlə kvadrat kilometr ərazini Rusiyanın işğalından azad edib: “Biz Ukraynanın müdafiə qabiliyyətini gücləndirməyə davam edəcəyik”.

Xatırladaq ki, bu gün Belçikanın paytaxtı Brüsseldə NATO müdafiə nazirlərinin görüşü keçirilir. İclasa Alyansa üzv olan ölkələrin hərbi nazirləri ilə yanaşı, bir neçə dövlət də dəvət olunub. Toplantıda 50-yə yaxın ölkə təmsil olunur. Toplantı çərçivəsində həmçinin Ukrayna ilə bağlı təmas qrupunun iclası keçiriləcək.