Logo
news content
User
Kateqoriyalar

Xəbər

Liverpulda avtomobili insanların üstünə sürdülər - 17 nəfər yaralanıb

Liverpulda avtomobil insan izdihamına çırpılıb.

Bu haqda Liverpul polisi məlumat yayıb.

Belə ki, bir nəfər yerli futbol klubunun Premyer Liqa çempionluğunu qeyd edən insan kütləsinin üzərinə avtomobil sürüb.

Sürücü polis tərəfindən saxlanılıb. Onun 53 yaşlı Böyük Britaniya vətəndaşı olduğu bildirilir.

"Həbsdə olan şəxsin Liverpul bölgəsində yaşayan 53 yaşlı ağdərili britaniyalı olduğunu təsdiq edə bilərik. Hazırda toqquşmaya səbəb olan bütün şərtləri müəyyən etmək üçün geniş araşdırmalar aparılır", - polis bildirib.

İnsan tələfatı ilə bağlı hələ ki, rəsmi məlumat verilməyib.

“Daily Telegraph” qəzeti 17 nəfərin xəsarət aldığını yazıb.