Logo
news content
User
Kateqoriyalar

Xəbər

Lissabonda zərgərlik mağazasından bir milyon avro dəyərində zinət əşyaları oğurlanıb

Portuqaliyanın paytaxtı Lissabonun mərkəzindəki oteldə yerləşən zərgərlik mağazasına basqın edilib.

“CNN Portugal”ın xəbərinə görə, cinayətkarlar təxminən bir milyon avro dəyərində zinət əşyaları və bahalı saatlar qarət ediblər.

Polisin məlumatına görə, quldurluqda dörd cinayətkar iştirak edib, onlardan biri silahlı olub. Onlar otel işçilərini və qonaqları silahla hədələyərək, polis əməkdaşları gələnə qədər qiymətli əşyaları götürərək skuterlərlə hadisə yerindən qaçıblar.

Qarət hadisəsi səhər saatlarında baş verib və müşahidə kameralarına düşüb. Hüquq-mühafizə orqanları şübhəliləri axtarır.