Logo
news content
User
Kateqoriyalar

Xəbər

Lavrovdan Ermənistana xəbərdarlıq: Eyni vaxtda Aİ və Aİİ-nin üzvü ola bilməzsiniz

Ermənistan eyni zamanda həm Avropa İttifaqının (Aİ), həm də Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvü ola bilməz, çünki bu iki təşkilatda iştirak bir-birinə ziddir.

Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında bəyan edib.

S.Lavrov qeyd edib ki, bu məsələni Ermənistan XİN rəhbəri Ararat Mirzoyan və Baş nazir Nikol Paşinyanla dəfələrlə müzakirə edib.

"Bu ittifaqların fəaliyyət prinsiplərindən az-çox xəbərdar olan hər kəs üçün aydındır ki, Aİİ-nin üzvü kimi qalaraq Aİ standartlarına keçmək mümkün deyil. Bunu Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk da erməni həmkarı ilə təmaslarda izah edib - bu, sadəcə texniki cəhətdən mümkün deyil", - o qeyd edib.

S.Lavrov bunu strukturların uyğunsuzluğu ilə izah edib: "Çünki ticarət və investisiyalarda tətbiq olunan müxtəlif normalar bir-birinə uyğun gəlmir".

O, həmçinin qeyd edib ki, Aİ standartları onun xarici siyasətinə qoşulmağı nəzərdə tutur ki, bu da Rusiya qarşı sanksiyalara qoşulmaq deməkdir.

"Yaxın vaxtlarda Aİ ilə Ermənistan arasında yeni strateji tərəfdaşlıq gündəliyi imzalanıb - orada həm xarici siyasət, həm ticarət, həm də iqtisadiyyat sahəsində koordinasiyanın vacibliyi qeyd olunub. Ermənistana viza rejiminin liberallaşdırılması təklif olunur, lakin bu, Aİ-nin hüquq-mühafizə və sərhəd mühafizəsi məsələlərinin həllində səsə malik olması ilə təmin edilir", - Rusiya XİN başçısı bildirib.

Onun sözlərinə görə, Aİ istiqamətində hərəkətin seçilməsi erməni xalqının iradəsi və hüququdur. Nazir Aİİ-yə üzvlük dövründə Ermənistanın ÜDM-nin iki dəfədən çox artdığını da xatırladıb: "Aİİ-nin ermənilərə ittifaqın digər üzv ölkələrinin bazarlarına sərbəst giriş təmin etməsi sayəsində xarici ticarət dövriyyəsi ilk növbədə Rusiya ilə rekord göstəricilərə çatıb".

S.Lavrov qeyd edib ki, İrəvanın Brüssellə yaxınlaşması təsirsiz ötüşməyəcək: "Səbəb də odur ki, Avropa İttifaqı Rusiyadan gələn təhdid təssüratı yaradır".

"Bu məqsədlə pul ayrılır: yaxın vaxtlarda Ermənistana 15 milyon avro həcmində tranş verilib. Əminəm ki, Brüssel bürokratiyası bu tranşın hər sentini istifadə edəcək. Bir daha vurğulamaq istəyirəm: əlbəttə, seçim Ermənistan xalqı və rəhbərliyi tərəfindən edilməlidir, lakin həm orada, həm də burada iştirakı birləşdirmək istisna edilir", - XİN başçısı əlavə edib.