Lavrov "İrəvan, Bakı və Moskva üçtərəfli razılaşmaları yerinə yetirməlidir"
28 Dekabr 2023
"ABŞ və Aİ Cənubi Qafqaza sülh gətirməyə çalışmır, Moskvanı sıxışdırmağa çalışır". Bunu RF XİN başçısı Sergey Lavrov deyib.
"Hazırda Ermənistan bir sıra təhdidlərlə üzləşir. Həm də Qərb oyunçularının köməyi ilə onların qarşısını almaq mümkün olmayacaq. ABŞ və Aİ, Rusiyadan fərqli olaraq, respublikaya və bütünlükdə Cənubi Qafqaza sülh və sabitlik gətirməyə çalışmır. Onların vəzifəsi tamamilə başqadır - Moskvanı və digər regional dövlətləri sıxışdırmaq, Balkanlar, Yaxın Şərq və Ukraynanın ardınca yeni gərginlik mənbəyi yaratmaq", - Lavrov TASS-a müsahibəsində bildirib.
Rusiya diplomatının sözlərinə görə, mürəkkəb vəziyyətdən çıxış yolu göz önündədir: "İrəvan, Bakı və Moskvanın yüksək səviyyədə əldə etdiyi üçtərəfli razılaşmaları yerinə yetirmək".