Logo
news content
User
Kateqoriyalar

Xəbər

Laçında şəhid olan hərbçilərimiz dəfn edildi - FOTO

Azərbaycan Ordusunun hərbi qulluqçusu Samir Səməd oğlu dəfn olunub.

2003-cü il il təvəllüdlü şəhid əsgər Samir Xudiyev Sabaunçu rayonu, Ramana qəsəsbəsində yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində hərbçilər, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak edib

Xatırladaq ki, avqustun 5-də Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Samir Səməd oğlu Xudiyev və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb. Hadisədə hər iki əsgərimiz şəhid olub.

***


Azərbaycan Ordusunun Laçın rayonunda üzərinə qaya parçası düşməsi nəticəsində şəhid olan hərbi qulluqçusu Ağstafada dəfn edilib.

Şəhid olan hərbi qulluqçumuz, 2002-ci il təvəllüdlü Əliyev Tahir Çingiz oğlu ilə anadan olduğu Ağstafanın Xətai kəndində vida mərasimi keçirilib. Daha sonra şəhidimiz Ağstafa rayon şəhidlər xiyabanında dəfn edilib.

Mərasimdə şəhidin ailə üzvləri ilə yanaşı, dostları, yaxınları, hüquq-mühafizə orqanlarının əməkdaşları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər. (APA)