Logo
news content
User
Kateqoriyalar

Xəbər

Laçın və Zabuxda yaşayan ermənilər hara köçürlər? - VİDEO


Laçın şəhəri və Zabuxda qeyri-qanuni yaşayan sakinlər köçməyə hazırlaşırlar.





Ermənistan mediası yazıb ki, separatçı "Dağlıq Qarabağın ərazi və infrastruktur naziri" Hayk Xanumyan onlara evlərini tərk etmək üçün avqustun 25-dək vaxt verildiyini deyib.





Ermənistan mediasına görə, sakinlər deyiblər ki, Laçın dəhlizi avqustun 25-də Azərbaycana təhvil veriləcəyi üçün bu ərazilər boşaldılır.




Azərbaycan bəyan edib ki, "Laçın dəhlizinə alternativ" yeni yolda işlər yekunlaşmaq üzrədir və tikinti işləri bitəndən sonra Rusiya sülhməramlı qüvvələrinin həmin yola keçirilməsi nəzərdə tutulur.





Ermənistan iyulun 29-da həmin yolun öz ərazisinə düşən hissəsinin - Teğ-Kornidzor yolunun yenidən qurulması üzrə işlərə avqust ayında başlayacağını bildirib.


https://www.youtube.com/watch?v=cO94Q1fRVgM