Logo
news content
User
Kateqoriyalar

Xəbər

Kubanın neft anbarında yanğın: 17 yanğınsöndürən tapılmır, nazir yaralandı...

Kubanın paytaxtı Havana yaxınlığındakı Matanas neft anbarında ildırımvurma nəticəsində yanğın baş verib

Bu barədə Kuba hökumətinin rəsmi Tvitter hesabında məlumat yayılıb.

Bildirilib ki, yanğın nəticəsində 121 nəfər xəsarət alıb. Onların arasında energetika naziri Nikolas Arronte Krus da var.

Xəsarət alanlardan üçünün vəziyyəti ağırdır.

Qeyd edək ki, yanğın cümə günü qeydə alınıb. Bu günə olan məlumata görə,  17 yanğınsöndürən itkin düşüb, 800 nəfər təxliyə olunub.