KTMT qüvvələri Qazaxıstana girdi
06 Yanvar 2022
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı kontingenti Qazaxıstanda vəzifəsini icra etməyə başlayıb.
Bu barədə təşkilatın yaydığı məlumatda deyilir.
İnformasiyaya görə, Qazaxıstana göndərilən KTMT qoşunlarına Rusiya, Belarus, Qırğızıstan, Tacikistan, Ermənistan silahlı qüvvələrinin bölmələri daxildir.
Qeyd edək ki, KTMT Şurası gecə saatlarında sülhməramlı qüvvələrinin Qazaxıstana göndərilməsi barədə qərar qəbul edib.
Bu barədə Ermənistanın Baş naziri, KTMT-nin hazırkı sədri Nikol Paşinyan bildirib. O, qeyd edib ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin müraciəti ilə əlaqədar, habelə Qazaxıstanın milli təhlükəsizliyinə və suverenliyinə, o cümlədən, kənar müdaxilə nəticəsində yaranmış təhlükəni nəzərə alaraq, KTMT Şurası müvafiq müqavilənin 4-cü maddəsinə uyğun olaraq, bu ölkədə vəziyyəti sabitləşdirmək və normallaşdırmaq üçün təşkilatın sülhməramlı qüvvələrinin məhdud müddətə Qazaxıstan Respublikasına göndərilməsi barədə qərar qəbul edib.
Bundan əvvəl isə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.
Tokayev iclas zamanı yeni müraciətlə çıxış edib və KTMT üzvlərindən hərbi yardım istəməyin zəruriliyini bildirib.