Logo
news content
User
Kateqoriyalar

Xəbər

KTMT-nin Qazaxıstana göndərdiyi əsgər sayı və ölkəni tərk etmə müddəti açıqlandı

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sədri Stanislav Zas Qazaxıstana 2500 nəfər sülhməramlı göndəriləcəyini açıqlayıb.

Bu barədə “Ria Novosti” məlumat yayıb. Zas əlavə edib ki, zərurət yaranacağı təqdirdə bu say artırıla bilər.

Zas eyni zamanda bildirib ki, qoşunların qalma müddətınin qısa olacağı gözlənilir: "Bu müddətin bir neçə gün və ya bir neçə həftə olacağı Qazaxıstanda yaranan vəziyyətdən və təbii ki, Qazaxıstan rəhbərliyinin mövqeyindən asılı olacaq".

Onun sözlərinə görə, əgər respublika rəhbərliyi vəziyyətin sabitləşdiyini və ona bütün dövlətlərimizin köməyi olmadan öz qüvvələri tərəfindən nəzarət edildiyini hesab edərsə, təbii ki, əməliyyat başa çatacaq və bütün qoşunlar çıxarılacaq.