Kreml Melaniya Trampla görüşdə Rusiyanı kimlərin təmsil edəcəyini açıqlayıb
05 Noyabr 2026
Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev və Ombudsman Yana Lantratova ABŞ-nin birinci xanımı Melaniya Trampla keçirilə biləcək görüşdə Rusiyanı təmsil edə bilərlər.
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.
Onun sözlərinə görə, bu, görüş üçün zəruri olan bütün logistika məsələlərinin razılaşdırılması mümkün olacağı təqdirdə baş tuta bilər.
Peskov mümkün görüşün təşkili ilə bağlı yekun qərarın logistika məsələlərinin həllindən asılı olduğunu vurğulayıb.