Logo
news content
User
Kateqoriyalar

Xəbər

Koronavirusla bağlı vəziyyət pisləşməyə doğru gedir - Səbəb açıqlandı

“Son günlərin statistikası onu göstərir ki, dünyada koronavirusla bağlı vəziyyət pisləşməyə doğru gedir. Biz hər zaman deyirdik ki, yayın sonu-payızın əvvəli vəziyyət pis olacaq”.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, indiyədək epidemioloji vəziyyət nəzarət altında olub.

Nazirlik rəsmisi vurğulayıb ki, dünyada koronavirusla bağlı vəziyyətin pisləşməsinin Azərbaycana da təsiri olacaq: “Təəssüf ki, ölkədə vəziyyət ümumi tendensiya kimi pisləşməyə doğru gedir. Bu, gözlənilən haldır”.

Təyyar Eyvazov onu da qeyd edib ki, ilin əvvəlində “Omikron” ştamının bir neçə növü var idisə, bu gün yeni variantlar meydana çıxır.

Onun sözlərinə görə, insanlarda yaranan kütləvi immunitetin zamanla zəifləməsi, yeni ştamın meydana çıxması bugünkü vəziyyətə səbəb olur: “Bu da təbiidir. Çünki “Omikron” ştamı sürətlə yayılır”.