Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Koroğlu" metrostansiyasının çıxışında yeni nəqliyyat mübadilə mərkəzi yaradılır

"Koroğlu" metrostansiyasının cənub çıxışında nəqliyyat mübadilə mərkəzi yaradılması ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən layihə hazırlanaraq Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim olunub və müvafiq qaydada razılaşdırılıb.

Agentliyin press-relizində deyilir ki, bu, Bakıətrafı kənd və qəsəbələrə gedən sərnişinlərin rahatlığı üçün edilib. Hazırda avtobus dayanacağı "Koroğlu" metrostansiyasının şimal çıxışında yerləşir.

Yeni multimodal HUB sərnişinlərin ictimai nəqliyyat növləri arasında rahat keçidinin təmin olunması məqsədilə ərazidə avtobus, metro, dəmiryolu stansiyası, taksi duracağı, ictimai və fərdi nəqliyyat qovşağını əlaqələndirəcək.

Məlumatda qeyd edilir ki, bu məqsədlə dəmiryolu stansiyasının yaxınlığında (Milli Gimnastika Arenasının qarşısı) 3 perronlu avtobus dayanacağı yaradılacaq.
Minik avtomobilləri və taksilər üçün parklanma yerləri təşkil ediləcək. Eyni zamanda, elektrik mühərrikli avtobuslar üçün dolum məntəqələri quraşdırılacaq.