Logo
news content
User
Kateqoriyalar

Xəbər

Kolumbiyada 7.4 bal gücündə zəlzələ - hava limanlarının fəaliyyəti dayandırılıb

Kolumbiyada 7,4 maqnitudalı zəlzələ nəticəsində Pereyra, Manisales, Kibdo və Buenaventura hava limanlarının fəaliyyəti dayandırılıb.

Bu barədə Kolumbiyanın Mülki Aviasiya İdarəsinin (Aerocivil) sosial şəbəkələrdəki məlumatında bildirilib.

"Təhlükəsizlik məqsədilə infrastrukturun struktur zədələnmələrinin qiymətləndirilməsi aparılana qədər bu hava limanlarında uçuşlar dayandırılacaq", - məlumatda qeyd olunub.

"Bluradio" radiostansiyasının məlumatına görə, Kolumbiya Prezidenti Abelardo de la Esprielya hökumətin fəaliyyətinin koordinasiyasını bilavasitə öz üzərinə götürüb.

"Fövqəladə halla bağlı ilk açıqlamalarında prezident Təbii Fəlakətlərin İdarə Edilməsi üzrə Milli Komitənin dərhal çağırılması barədə göstəriş verdiyini və Təbii Fəlakət Risklərinin İdarə Edilməsi üzrə Milli Bölmə (UNGRD) ilə birgə vəziyyətin qiymətləndirilməsinə başladığını bildirib", - radiostansiya açıqlayıb.

Yerli medianın məlumatına görə, Çoko ştatının inzibati mərkəzi Kibdoda bir neçə bina ciddi zədələnib.

Kaldas departamentinin Manisales şəhərində kafedral və daha bir neçə bina dağılıb.

17:34

Kolumbiyada 7,4 maqnitudalı zəlzələ nəticəsində yaralananlar var.

Bunu Çoko vilayəti departamentinin qubernatoru Nubiya Karolina Kordoba-Kuri yaralananların sayını sosial şəbəkələrdə bildirib.

"Biz indicə Çoko departamentində ciddi seysmik hadisə yaşadıq. Afterşoklar bizi narahat edir. Episentrin San-Xose-del-Palmarda olmasına baxmayaraq, paytaxt Kibdoda xəsarət alanlar var və binalara ciddi ziyan dəyib. İlk rəsmi hesabatı dərc etmək üçün artıq zərəri qiymətləndiririk", - o qeyd edib.

16:56

Kolumbiyada 7,4 maqnitudalı zəlzələ olub.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (ESMC) məlumat yayıb.

Zəlzələnin ocağı 99 km dərinlikdə yerləşib.

Yeraltı təkanlar Ansermanuevodan 20 km qərb-şimal-qərbdə baş verib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.