Logo
news content
User
Kateqoriyalar

Xəbər

KİV: Azərbaycanda İsrail səfirliyinə qarşı terrorun qarşısı alınıb

Azərbaycanın təhlükəsizlik qüvvələri İsrailin Bakıdakı səfirliyinə qarşı hücumun qarşısını alıb.

Bu barədə İsrailin "Ynet.co.il" saytı məlumat yayıb.

“Hadisə çərçivəsində İran əsilli bir şəxs silahlı halda səfirliyə soxulmağa cəhd edib. Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları onu nəzarətə götürərək tərksilah edib. Şübhəli şəxs Bakıda məhkəməyə çıxarılıb və onun barəsində 4 ay müddətinə həbsqətimkan tədbiri seçilib”, - məlumatda bildirilib.