Kəlbəcərdə traktor minaya düşüb
01 İyun 2025
Kəlbəcərdə traktor minaya düşüb, xəsarət alan var.
Rayonun Susuzluq kənd ərazisində traktorun minaya düşməsi nəticəsində 1989-cu il təvəllüdlü Rəşadət Əsədov xəsarət alıb.
Minaya düşən traktor Kəlbəcər rayonunda kəndarası yolun çəkilişini aparan şirkətlərdən birinə məxsus olub. Elə hadisə də görülən iş zamanı qeydə alınıb.
Xəsarət alan 1989-cu il təvəllüdlü R.Əsədov xəstəxanaya yerləşdirilib. Ona həkimlər tərəfindən tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxş hesab edilir.
Xatırladaq ki, mayın 30-da Ağdərədə, mayın 31-də isə Goranboyda mina hadisəsi qeydə alınıb, iki nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.