Logo
news content
User
Kateqoriyalar

Xəbər

Keçmiş SSRİ ölkələrinin ÜDM üzrə reytinqi - FOTO

Keçmiş SSRİ-nin hansı ölkələrində adambaşına düşən ÜDM üzrə ən yüksək göstəricilərini və harada ən aşağı rəqəmlərin müşahidə olunmasını infoqrafikadan izləyə bilərsiz.

Keçmiş SSRİ ölkələrinin adambaşına düşən ümumi daxili məhsul (ÜDM) üzrə reytinqinə görə, AQP metodu - alıcılıq qabiliyyəti pariteti nəzərə alınmaqla Litva liderdir. Belə ki, Litvanın adambaşına düşən ÜDM-i 42091 dollar təşkil edir. Beynəlxalq Valyuta Fondunun (BVF) hesabatına əsasən, növbəti sıralarda Estoniya (41892 dollar), Latviya (34169 dollar) və Rusiya (30431 dollar) qərarlaşır.



Adambaşına düşən ÜDM-in həcmi 15299 dollar olan Azərbaycan siyahıda doqquzuncu yerdədir. ÜDM-in ən aşağı səviyyəsi Özbəkistanda (8452 dollar), Qırğızıstanda (5186 dollar) və Tacikistanda (3922 dollar) müşahidə olunur.