Keçmiş bankir ortaya çıxdı: "Qazaxıstandakı etirazların lideri mənəm"
07 Yanvar 2022
Qazaxıstanda qiyabi məhkum olunmuş keçmiş bankir Muxtar Ablyazov özünü ölkədə müxalifət və etirazların lideri adlandırıb.
Qaçaq qazax bankirin sözlərinə görə, Almatıdakı etirazçılar ondan hər gün necə davam edəcəklərini soruşurmuşlar.
Ablyazov bildirib ki, etirazın “düzgün əhatə dairəsinə çatması” şərti ilə Qazaxıstana qayıtmağa və “müvəqqəti hökumətə” rəhbərlik etməyə hazırdır.
O, etirazları əlaqələndirmək və idarə etmək üçün Qərbdən vəsait almadığını da vurğulayıb.
Qeyd edək ki, Muxtar Ablyazov Qazaxıstanın “Bank Turan Alem” (BTA) bankının sahibi və Direktorlar Şurasının sədri olub. Ablyazov Qazaxıstanda qiyabi ömürlük həbs cəzasına məhkum edilib, Rusiyada da qiyabi məhkum edilib. O, hazırda Parisdə yaşayır. 2010-cu ildə Rusiya Federasiyası Daxili İşlər Nazirliyi yanında İstintaq Komitəsi Muxtar Ablyazovu qiyabi olaraq 4,5 milyard dollarlıq kreditlərin verilməsi ilə bağlı dələduzluqda ittiham edib. 2011-ci ildə Qazaxıstan Baş Prokurorluğu iş adamının ekstradisiyası üçün Böyük Britaniyaya sorğu göndərib, lakin o, siyasi sığınacaq alıb.