Kanal 13 televiziyasının rəhbərinin evində və ofisində axtarış aparılıb
28 Noyabr 2023
Noyabrın 27-də axşam saatlarında istintaq orqanı Kanal 13 internet televiziyasının icraçı direktoru Əziz Orucovun yaşadığı evdə axtarışa aparılıb.
Əziz Orucovun həyat yoldaşı Lamiyə Orucova Tuana bildirib ki, axtarış məhkəmə qərarı ilə aparılıb və vəkil Bəhruz Bayramov iştirak edib.
“Evimizdə 8 nəfər polis əməkdaşı axtarış aparıb. Onlardan birinin üzü açıq idi, qalanları maskalı idilər. Nə axtardıqları barədə hər hansı məlumat vermədilər”, - o qeyd edib.
Daha sonra polis Kanal 13 onlayn resursun ofisində axtarışı davam etdirib.
Bu barədə vəkil Bəhruz Bayramov məlumat verib. Bu axtarışların səbəbi nə olduğu və polisin Kanal 13 rəhbərinə qarşı iddialarının nədən ibarət olduğu hələlik bəlli deyil. Daxili İşlər Nazirliyi baş verənlərlə bağlı şərh vermir.
Bundan öncə Əziz Orucov 2017-ci ilin mayında qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui istifadə ittihamı ilə saxlanılıb və 2017-ci ilin dekabrın 15-də 6 il həbsə məhkum edilib. O özünü təqsirkar bilməyib.
2018-ci il arelin 4-də Ali Məhkəmə hakim Əli Seyfəliyevin sədrliyi ilə Əziz Orucovun azadlığa buraxılması barədə qərar qəbul edib.
Məhkəmə jurnalistin hərəkətində cinayət tərkibinin olmadığını nəzərə alaraq 192.2.2-ci maddə (qanunsuz sahibkarlıq) üzrə ittihamı Orucovun üzərindən götürüb.
308.2-ci maddə (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) üzrə ittiham isə daha yumşaq - 308.1-ci maddəyə tövsif edilib.
Onun cəza müddəti 3 ilədək azaldılıb və məhkəmə Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edib - üç il sınaq müddəti olmaqla şərti cəzanın tətbiqi və jurnalistin həbsdən azad edilməsi barədə qərar qəbul edib.