"Kanal 11"in direktoru və Azerinfo.az saytının rəhbəri saxlanılıb - Pul tələb etməkdə ittiham edilirlər
12 Dekabr 2023
"Kanal-11" Youtube kanalının rəhbəri Teymur Kərimov saxlanılıb.
DİN-dən bildirilib ki, o, dekabrın 11-də bir neçə vətəndaşdan daxil olan şikayət əsasında saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələbetmə (182-ci) maddəsi ilə cinayət işi başladılıb.
Hazırda istintaq hərəkətləri aparılır, deyə DİN-in mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib.
Qeyd edək ki, bundan əvvəl yaxınları "Turan"a Teymur Kərimovdan səhər saatlarından xəbər almaq mümkün olmadığını bildiriblər. Onların sözlərinə görə, axırıncı dəfə T.Kərimovla saat 12 radələrində əlaqə saxlamağa mümkün olub: "Bundan sonra onun telefonuna zəng çatmayıb. Özü də evə və dostlarla təyin olunmuş görüşə gəlməyib".
Kanal 11 internet televiziyasının yaydığı bəyanatda da T.Kərimovun saxlanıldığı bildirilir: "Əldə etdiyimiz təsdiqlənməmiş məlumata görə, o, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsində saxlanılır, barəsində cinayət işi açılıb. Teymur Kərimov bu ilin iyul ayında çəkdiyi, kanalımızda və "Azad Söz" internet televiziyasında yayımlanan Daşkəsən rayonun icra başçısı Əhəd Abıyevlə bağlı video-reportajdan sonra ciddi təqiblərə məruz qalıb. Belə ki, evinə polis nəfəri gələrək, ondan şikayət olduğunu bildirib. Polis bölməsinə getdikdə isə adların səhv düşdüyü deyilib. Bundan əlavə, o dəfələrlə müxtəlif bəhanələrlə polis bölməsinə ifadə üçün çağırılıb və ya ona video-reportajın yayılmasının qarşısının alınması məqsədi ilə zənglər edilib".
Məlumatda qeyd olunur ki, bundan sonra Teymur Kərimov qazilərin polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması və sözügedən qazilərin buna etiraz etməsini işıqlandırdığı üçün yenidən hədəf halına gəlib.
"Teymur Kərimov yenə video-reportajların silinməsi üçün hədə-qorxuya məruz qalıb. İzahat alınması üçün dəvət edilib. Son bir ildə Azərbaycanda azad söz naminə mübarizə aparan, vətəndaşların haqq səsini çatdırmağı özlərinə borc bilən kifayət qədər jurnalist həbs olunub. Son günlərdə bunun nümunəsi "Abzas Media"nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Abbasova (Vaqifqızı), jurnalist Nərgiz Absalamova, "Kanal 13" internet televiziyasının Azərbaycandakı direktoru Əziz Orucov, yenə sözügedən kanalın əməkdaşı Rüfət Muradlıdır. Düşünürük ki, Teymur Kərimov seçkiqabağı işə düşən repressiya maşının növbəti qurbanıdır" - deyə, internet televiziyasının bəyanatında bildirilir.
"Kanal 11" komandası bəyanatda Teymur Kərimovun həbs ediləcəyi təqdirdə internet televiziyasının fəaliyyətinin dayanmayacağını açıqlayıb.
"Ölkədə haqsızlıq olduqca, bu haqsızlığa səs çıxaranlar da hər zaman var olacaq. Vətəndaşlar, izləyicilər, siz hər zaman doğru və qərəzsiz xəbərlərə layiqsiz. Siz bilməlisiz ki, sizin vergilərinizlə maliyyələşən şəxslər sizdən nələr oğurlayır, sizə nələri layiq görür. Bu yolda həbslərlə, repressiyalarla üzləşə bilərik, azala bilərik, lakin, tükənməyəcəyik! "Kanal 11" internet televiziyası olaraq aidiyyatı qurumlardan məsələyə aydınlıq gətirilməsini tələb edirik", bəyanatda bildirilir.
Daxili İşlər Nazirliyindən məlumat almaq mümkün olmayıb.
***
Azerinfo.az saytının rəhbəri İbrahim Hübmətov (İbrahim Qubadoğlu) saxlanılıb. DİN-in mətbuat xidmətinin məlumatına görə, Hümbətov dekabrın 11-də vətəndaşların müraciəti əsasında saxlanılıb.
"Saytın rəhbəri ayrı-ayrı şəxsləri nüfuzdan salan materialları dərc etməkdə və kompromatların dərc edilməməsi üçün onlardan pul tələb etməkdə ittiham olunur. Onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib", deyə DİN-in məlumatında bildirilir.
İbrahimovun vəkili və yaxınları hələlik onun həbsi haqqında məlumatı şərh etməyiblər.
Azerinfo.az saytında bir çox vəzifəli şəxslərin korrupsiya və pozuntulara yol verməsi haqqında ittihamlar yer alan materiallar dərc edilirdi.