"Jurnalistlərin dostu"nun təqaüdə göndərilməsi barədə əmr imzalandı
13 İyun 2022
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis polkovniki Vaqif Əsədovun vəzifəsindən azad edilərək təqaüdə göndərilməsi xəbəri təsdilənib.
Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, V.Əsədov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Onun yerinə hələlik təyinat yoxdur.
Qeyd edək ki, V.Əsədov uzun müddətdir Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi vəzifəsində çalışırdı.