Jurnalist Sevinc Vaqifqızı saxlanılıb
21 Noyabr 2023
Noyabrın 21-nə keçən gecə “Abzas Media” internet nəşrinin baş redaktoru Sevinc Vaqifqızı Azərbaycana qayıdarkən Bakı hava limanında saxlanılıb.
Turan-ın müxbirinin verdiyi məlumata görə, Vaqifqızı birbaşa təyyarədən düşərkən saxlanılaraq Bakı şəhər Baş Polis İdarəsinə aparılıb.
Noyabrın 21-də səhər tezdən “Abzas Media” internet nəşrinin baş redaktoru Sevinc Vaqifqızının mənzilində axtarış başa çatıb. Axtarışlardan sonra o, yenidən Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb. Vəkil Elçin Sadıqov bildirib ki, axtarış zamanı heç bir qanunsuz əşya aşkar edilməyib.
Vaqifqızı Azərbaycan məmurları arasında korrupsiya faktları ilə bağlı apardığı jurnalist araşdırmaları ilə tanınır. O, əvvəllər peşə fəaliyyətinə görə məhkəmə çəkişmələrinə və digər təzyiqlərə məruz qalıb.
Vaqifqızı özü bildirib ki, “bütün bu hadisələr” onun jurnalist fəaliyyəti və “Abzas Media”nın işi ilə bağlıdır.
Noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli saxlanılıb. O, xarici valyuta qaçaqmalçılığında ittiham olunub.