Logo
news content
User
Kateqoriyalar

Xəbər

İtaliyada güclü zəlzələ nəticəsində 21 nəfər xəsarət alıb

İtaliyanın Neapol şəhəri yaxınlığında baş vermiş zəlzələ nəticəsində 21 nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti kritikdir.

Bu barədə İtaliya mediası məlumat yayıb.

Bundan başqa, yaşayışın olmadığı bir neçə bina uçub, avtomobillərə ziyan dəyib.

İtaliyanın mülki müdafiə naziri Nello Musumeçi yaşayış binalarının və kilsələrin zədələndiyini bildirib.

Bundan başqa, elektrik enerjisi təchizatında fasilələr yaranıb.

Seysmik aktivlik bütün gecə ərzində davam edib: ən azı 30 yeraltı təkan qeydə alınıb, onlardan birinin maqnitudası 3,8 təşkil edib.

09:44

İtaliyanın Neapol şəhəri yaxınlığında baş vermiş 4,7 maqnitudalı zəlzələ nəticəsində şəhərdəki binalara cüzi ziyan dəyib.

Bu barədə "Reuters" agentliyi İtaliya Yanğınsöndürmə Xidmətinə istinadən məlumat yayıb.

"İtaliya Yanğınsöndürmə Xidməti Neapol və onun yaxınlığındakı binalara cüzi ziyan dəyməsi ilə bağlı məlumatların daxil olduğunu, lakin sakinlərin xilas edilməsi və ya kömək göstərilməsi üçün heç bir müraciətin alınmadığını bildirib", - agentliyin məlumatında deyilir.

Zəlzələnin episentri Neapoldan qərbdə, Kampi Fleqrei rayonunda təxminən 3 km dərinlikdə yerləşib.

İtaliya mediası xəbər verir ki, bu, həmin ərazidə indiyədək qeydə alınmış ən güclü zəlzələlərdən biri olub.