Logo
news content
User
Kateqoriyalar

Xəbər

İtaliya Baş naziri istefa verib

İtaliya Baş naziri Mario Draqi istefa verib.

Draqi, bu gün səhər saatlarında keçirilən iclasda istefa qərarını Prezident Sergio Mattarellaya təqdim edib.

Artıq Prezidenti Sergio Mattarella Baş nazir Mario Draqinin istefasını qəbul edib.

İndiki hökumət müvəqqəti olaraq yeni hökumət seçilənə qədər fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, iyulun 21-də etimad səsverməsində Draqiyə etimad göstərilib. Amma onun üç koalisiya tərəfdaşı dəstəyini geri götürdükdən sonra Draqi hökumətinin istefası qaçılmaz olub.

İtaliya mətbuatı xəbər verir ki, ən tez halda ölkədə seçkilər oktyabr ayında baş tutacaq.