
ISW: Uitkoffun bəyanatları Trampın planlarını pozur
23 Mart 2025
ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffun son açıqlamaları, analitiklərin fikrincə, ABŞ-ın maraqlarına uyğun sülhün əldə edilməsini çətinləşdirəə bilər.
Bu barədə Müharibə Tədqiqat İnstitutunun (ISW) analitikləri yazıbrlar.
Uitkoffun açıqlamaları:
Rusiyanın tələblərinə uyğun bəyanatlar: Uitkoff, Rusiyanın nəzarətində olan Krım, Donbas, Xerson və Zaporojye bölgələrinin "rusdilli" olduğunu və burada keçirilən referendumlarda əhalinin əksəriyyətinin Rusiyaya qoşulmaq istədiyini bildirib.
Ukraynanın NATO üzvlüyü: Stiv Uitkoff Ukraynalı rəsmilərinin Ukraynanın NATO-ya üzv olmayacağını "etiraf etdiklərini" qeyd edib.
Analitiklərin narahatlıqları:
Rusiyanın mövqeyinin gücləndirilməsi: Analitiklər hesab edirlər ki, Uitkoffun bəyanatları, Rusiyanın ekspansionist tələblərini və Ukraynaya qarşı təcavüzünü əsaslandırır.
ABŞ-ın danışıqlardakı mövqeyinə təsir: Bu cür açıqlamalar, ABŞ və Ukraynanın gələcək danışıqlarda Rusiyaya qarşı təsir imkanlarını zəiflədə bilər.