Logo
news content
User
Kateqoriyalar

Xəbər

İsveç polisi Rusiyanın kəşfiyyat əməliyyatının qarşısını alıb

İsveç Təhlükəsizlik Polisi (SAPO) Rusiyanın İsveçi gözdən salmağa yönəlmiş kəşfiyyat əməliyyatının qarşısını aldığını açıqlayıb.

SAPO-nun saytı bildirir ki, əməliyyatda ölkədə fəaliyyət göstərən xarici diplomatik nümayəndəliklərdən birində çalışan agent də iştirak edib.

İddia edilir ki, kəşfiyyat əməliyyatının əsas məqsədlərindən biri Rusiya xüsusi xidmət orqanlarının mübahisəli mövzular üzrə təsir əməliyyatları həyata keçirməsi üçün İsveçdə qərarların necə qəbul edildiyi barədə məlumat əldə etmək olub. Bu fəaliyyətlərin İsveçin qərar qəbuletmə prosesini zəiflətməyə, həmçinin ölkənin, NATO və Avropa İttifaqının nüfuzuna xələl gətirməyə yönəldiyi qeyd edilib.

Təhlükəsizlik polisi apardığı araşdırma zamanı Rusiya kəşfiyyat əməliyyatının necə həyata keçirildiyini müəyyənləşdirib. Əməliyyat əvvəlcədən planlaşdırılıb və Rusiyanın Xarici Kəşfiyyat Xidməti tərəfindən idarə olunub.

SAPO agentin hansı diplomatik nümayəndəlikdə çalışdığını açıqlamayıb.