İstanbulda Rusiya-ABŞ görüşü keçirilib
27 Fevral 2025
İstanbulda Rusiya və ABŞ nümayəndə heyətləri arasında görüş keçirilib.
Görüş 6 saatdan çox davam edib.
ABŞ-nin İstanbuldaki Baş konsulunun igamətgahında keçirilən görüş zamanı iki ölkənin diplomatik missiyalarının tam şəkildə fəaliyyətinin bərpası müzakirə edilib.
Xatırladaq ki, fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yüksək səviyyəli danışıqlar keçirilib.
Görüşlərin məqsədi, xüsusilə iki ölkə arasındakı etimadın bərpası, eyni zamanda Rusiya-Ukrayna münaqişəsinin məsələlərini müzakirə etməkdir. Bu danışıqlar Rusiya və ABŞ arasında uzun müddət sonra keçirilən ilk yüksək səviyyəli görüşlərdir.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ər-Riyadda əldə edilən razılaşmalar mərhələli şəkildə həyata keçirilir.
Ukrayna Prezidenti Volodimir Zelenski qeyd edib ki, Rusiya-ABŞ danışıqları sürpriz olub, bunu mətbuatdan öyrəniblər.