Logo
news content
User
Kateqoriyalar

Xəbər

İsrailin zərbəsi nəticəsində "İslam cihadı"nın komandiri öldürülüb

Fələstinin "İslam cihadı" qruplaşmasının döyüş qanadı olan "Səraya əl-Qüds" İsrailin Beyruta endirdiyi zərbə nəticəsində komandirləri - "Əbu Həmzə" ləqəbi ilə tanınan Ədhəm əl-Osmanın həlak olduğunu bildirib.

Bu barədə hərəkatın mətbuat xidməti məlumat yayıb.

"Səraya əl-Qüds"ün Livandakı komandiri Ədhəm Adnan əl-Osman İsrail qüvvələrinin Beyrutun cənubuna endirdiyi zərbə nəticəsində həlak olub", - məlumatda bildirilib.

İsrail ordusu martın 2-nə keçən gecə Livan ərazisində "Hizbullah" hərəkatının bütün hədəflərinə zərbələr endirib. Hərbi mənbələr bu hücumun qruplaşmanın İsrailin şimal bölgələrinə raket atəşinə cavab olduğunu bildiriblər.