Logo
news content
User
Kateqoriyalar

Xəbər

İsrail yaxın günlərdə İranı vura bilər - Tramp da təsdiq etdi

İsrail yaxın günlərdə İrana zərbələr endirə bilər.

Bu barədə mənbələrə istinadən "ABC News" məlumat yayıb.

Qeyd olunub ki, yekun qərar hələlik qəbul edilməyib, lakin bu variant regionda gərginliyin artması fonunda aktiv şəkildə müzakirə olunur.

Mənbələr ABŞ-nin mümkün hücumda birbaşa iştirak edib-etməyəcəyini dəqiqləşdirməyib. Ancaq Vaşinqtonun İsrailə logistik dəstək verə biləcəyini və zərbə zamanı istifadə olunacaq kəşfiyyat məlumatlarını paylaşa biləcəyi iddiasını irəli sürüb.

“Politico” mənbələrə istinadən xəbər verir ki, İsrail rəsmiləri bu həftə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Steven Vitkoffla görüşməyi planlaşdırır. Görüşün mövzusunun İsrailin mümkün hücumu ola biləcəyi qeyd edilir.

“İsrail İranın nüvə obyektlərini vura bilər. ABŞ administrasiyası Tehranla münaqişədən qaçmaq istəyir”.

Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Ondan İsrailin İrana hücum ehtimalına münasibət bildirməsi istənilib. Tramp bildirib ki, hər şey sadədir: “İran nüvə silahına malik ola bilməz. Biz onlara uğur qazanmağa kömək etməklə yanaşı, ticarət əlaqələri quracayıq. Biz lazım olan hər şeyi edəcəyik. Mən münaqişədən qaçmaq istərdim. İran daha sərt danışıqlar aparmalı olacaq, yəni indi vermək istəmədiyini bizə verməli olacaq”.