İsrail ordusu SEPAH-ın hava qüvvələrinin əsas komanda mərkəzini məhv edib
08 Mart 2026
İsrail ordusu gecə saatlarında SEPAH-ın hava qüvvələrinin əsas komanda mərkəzini məhv edib.
Bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
Komanda mərkəzi İsrail Hərbi Hava Qüvvələrinin Tehranda həyata keçirdiyi hava hücumları dalğası fonunda vurulub.
Bildirilib ki, zərbələr həmçinin hava hücumundan müdafiə sistemlərini, logistika anbarlarını və ballistik raketlərin istehsalı və buraxılışı üçün istifadə olunan obyekti də hədəfə alıb.