Logo
news content
User
Kateqoriyalar

Xəbər

İsrail İranı bombaladı, paytaxt Tehran, Natanz və Fordo nüvə obyektləri vuruldu

İsrail Hərbi Hava Qüvvələri İran ərazisinə zərbələr endirib.

Bu barədə Axios portalı məlumat yayıb.

İranın paytaxtı Tehran şəhərinin qərbində və şimal-şərqində partlayış səsləri eşidilir. “Fars” agentliyi bildirib ki, İran paytaxtında ən azı altı partlayış səsi eşidilib.

Tehranın imam Xomeyni adına hava limanı fəaliyyətini dayandırıb

Türkiyənin “Hüriyyət” qəzeti isə bildirib ki, İranın iki nüvə obyektində - Natanz və Fordoda partlayışlar baş verib. 

İsrail ordusu bildirib ki, hədəf İranın müxtəlif bölgələrindəki nüvə obyektləridir.

Bu arada İsrailin müdafiə naziri İsrael Kats ölkə daxilində fövqəladə vəziyyət elan edib: “İsrail dövlətinin İrana qarşı qabaqlayıcı zərbəsindən sonra yaxın gələcəkdə ölkənin mülki əhalisinə raket və dron hücumu gözlənilir”.

Əhaliyə göndərilən xəbərdarlığa əsasən bütün maarifləndirici tədbirlər ləğv edilib, mühüm sənaye sahələri istisna olmaqla, müəssisələrin işi dayandırılıb, kütləvi toplantılar qadağan edilib.