ABŞ-da İran rəhbərliyinin yüksək vəzifəli nümayəndələrinin öldürülməsi müzakirə olunur
25 Noyabr 2026
Ağ Evdə İran rəhbərliyinin yüksək vəzifəli nümayəndələrinin öldürülməsi müzakirə olunur
Bu barədə mənbələrə istinadən “NBC News” məlumat verib.
Bu addımı dəstəkləyənlər hesab edirlər ki, belə bir əməliyyat Tehranı güzəştlərə getməyə məcbur edə bilər.
Təklifin əleyhdarları isə bunun İranın mövqeyini daha da sərtləşdirə, danışıqları poza və ABŞ rəsmilərinin təhlükəsizliyini təhlükə altına sala biləcəyini bildirirlər.
Telekanalın məlumatına görə, ABŞ Prezidenti Donald Tramp hələlik məsələ ilə bağlı yekun qərar qəbul etməyib.