Logo
news content
User
Kateqoriyalar

Xəbər

İsrail hədələdi: İran üçün acı nəticələr olacaq...

İranı İsrailə hücumun acı nəticələri gözləyir, onların miqyası zərərdən asılı olacaq.

Bu barədə İsrail Müdafiə Ordusunun mətbuat katibi Conatan Konrikus bildirib.

"Onlar (iranlılar - red.) hücumun nəticələri ilə qarşılaşacaqlar ki, bu da İsrailə nə qədər ziyan vurulacağından asılı olacaq", - C.Konrikus deyib.

Konrikus ABŞ-nin İranın bəzi dronlarını ələ keçirdiyini də təsdiqləyib.

Daha əvvəl İrana məxsus onlarla pilotsuz təyyarənin İraqın cənub əyalətləri üzərindən İsrail ərazisinə doğru uçduğu bildirilib. İrandan buraxılan döyüş başlıqlı pilotsuz təyyarələr İordaniya ərazisi üzərində də müşahidə edilib.