İsrail baş naziri: HƏMAS-ın 24 batalyonundan cəmi 4-ü qalıb
10 May 2024
İsrail ordusu Fələstinin radikal HƏMAS hərəkatının 24 batalyonundan 20-sini məhv edib.
Bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu Amerikanın “Merit Street Media” telekanalına müsahibəsində bildirib.
"Biz HƏMAS-ın 24 terror batalyonundan 20-yə yaxınını məhv edə bildik. Rəfahda daha 4-nü məhv etməliyik. Buna görə Rəfaha girmək istəyirik, çünki onları orada qoya bilmərik", - İsrail hökumətinin başçısı deyib.
Netanyahu həmçinin Rəfahda əməliyyat zamanı İsrailin çox güclü müqavimətlə qarşılaşacağını da qeyd edib, lakin ölkə ordusunun bunun öhdəsindən gələcəyinə əmin olduğunu bildirib.