Logo
news content
User
Kateqoriyalar

Xəbər

İsrail aviasiyası Təbriz aeroportunu, Şirazı və Natanzdakı nüvə obyektini bombalayıb

İsrail aviasiyası Təbriz hava limanına zərbələr endirib.

Bundan başqa, təyyarələr "Şekari" Hava Hücumundan Müdafiə Qərargahına zərbələr endirib. Zərbələr nəticəsində azı 5 mülki şəxs ölüb, 12 mülki şəxs yaralanıb.

İsrail Hərbi Hava Qüvvələri İranın cənubundakı Şirazda raket istehsalı zavoduna zərbələr endirib.

Eyni zamanda, İsrail İrana qarşı növbəti hücum dalğası çərçivəsində Natanzdakı nüvə obyektinə yenidən zərbə endirib.

Bu barədə İsrailin 12-ci kanalına istinadən xəbər verir.

Öz növbəsində, “NourNews” agentliyi İranın qərbində yerləşən Kirmanşah əyalətinin Qəsr-e Şirin və Kəngavər şəhərlərinə zərbələr endirildiyi barədə məlumat yayıb.