Logo
news content
User
Kateqoriyalar

Xəbər

İspaniyada iki qatar toqquşub,ən azı 39 nəfər ölüb

İspaniyada sürətli qatarın iki vaqonun relsdən çıxması nəticəsində ən azı 39 nəfər həlak olub.

Bu barədə EFE agentliyi məlumat yayıb.

Telekanal təxminən 100 nəfərin yaralandığını, onlardan 25-nin ağır vəziyyətdə olduğunu bildirib. Ümumilikdə qatarda 317 sərnişin olub.

Bu fonda İspaniyanın nəqliyyat və davamlı mobillik naziri Oskar Puente sosial mediada yazıb ki, hələlik son ölənlərin sayını müəyyən etmək mümkün deyil.

Hadisə ilə əlaqədar olaraq İspaniyanın Baş naziri Pedro Sançes 19 yanvar tarixinə olan bütün planlarını ləğv edib.

Qəza Əndəlüs muxtar icmasında baş verib. Relsdən çıxan vaqon paytaxt Madriddən Huelvaya gedən digər qatarın vaqonu ilə toqquşub. Hadisənin səbəbi hələlik məlum deyil. Madrid–Əndəlüs yüksək sürətli qatar xidməti 20 yanvar tarixinə qədər dayandırılıb.