Logo
news content
User
Kateqoriyalar

Xəbər

“İslam Respublikası istəmirik!” İranda şagird və tələbələr dərsləri boykot etdilər - VİDEO

İranda şagirdlər və tələbələr dərsləri boykot ediblər.

“Azad İran” teleqram kanalı xəbər verir ki, şagirdlər “İslam Respublikası istəmirik” şüarı ilə aksiyalara qatılıblar.

Cəhrom şəhər Universitetinin tələbələri də hökumət əleyhinə etirazlara dəstək məqsədilə dərsləri boykot edərək etiraz toplantısı keçiriblər.

Bundan başqa, Qohərdəşt şəhər məktəblərindən birində qız şagirdlər təhsil müəssisəsinin müdirini məktəbdən qovublar. Zəngan Universitetinin tələbələri bu gün oturaq aksiya keçirərək hökumət əleyhinə şüarlar səsləndiriblər.