İsaxan Aşurovun oğluna yeni vəzifə verildi
12 Avqust 2026
Fövqəladə Hallar Nazirliyinin (FHN) ləğv edilən Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsinin rəisi polkovnik Kənan Aşurova yeni vəzifə verilib.
O, FHN-in Baş Əməliyyat İdarəsinin rəis müavini təyin edilib. Bu barədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq Əmr imzalayıb.
Qeyd edək ki, Kənan Aşurov mərhum vəkil İsaxan Aşurovun oğludur.