Logo
news content
User
Kateqoriyalar

Xəbər

İsa Qəmbər Müsavat Partiyası başqanlığına namizəd olub

İsa Qəmbərin Müsavat Partiyası başqanlığına namizədliyi irəli sürülüb. Bu barədə Turan-a partiyadan bildiriblər. 

Qəmbərin namizədliyinin irəli sürülməsi barədə qərar bu gün qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin iclasında açıqlanıb.

Bundan əvvəl Natiq Ulubəy və Osman Kazımov başqanlığa öz namizədliklərini irəli sürüblər.

İsa Qəmbər 1992, 1995, 1997, 2001 və 2006-cı illərdə partiya başqanı seçilib və 2014-cü ilədək bu postu tutub.

Hazırda Müsavat Partiyası Məclisinin üzvüdür.

İsa Qəmbər 1980-ci illərin sonu- 1992-ci ilin əvvəllərində milli demokratik hərəkatın iştirakçısı olub. 1992-93-cü illərdə parlamentin spikeri postunu tutub.

1992-ci ilin may-iyun aylarında ölkə prezidentinin səlahiyyətlərini həyata keçirib.