Logo
news content
User
Kateqoriyalar

Xəbər

İrəvanda Paşinyana etiraz edən altı silahlı şəxs saxlanılıb

Ermənistan polisi İrəvanın Eçmiədzin rayonunda qanunsuz silah-sursat saxlamaqda şübhəli bilinən 6 nəfəri saxlayıb.

“Sputnik-Armenia” xəbər verir ki, müvafiq məlumatı ölkənin Daxili İşlər Nazirliyi yayıb.

Bir qədər əvvəl yerli mətbuat səhər saatlarında şəhərin bir neçə sakininin saxlanıldığı barədə xəbər dərc edib. Onların yaxın saatlarda əraziyə gələcəyi gözlənilən baş nazir Nikol Paşinyanın səfərinə etiraz əlaməti olaraq yerli məktəblərdən birinin qarşısına toplaşdığı bildirilib.

Qeyd edək ki, N. Paşinyanın sözügedən məktəbə baş çəkəcəyi gözlənilir.