Logo
news content
User
Kateqoriyalar

Xəbər

İrəvanda partlayış: Ölən və xəsarət alan var

Bu gün Ermənistanın paytaxtı İrəvan şəhərində partlayış baş verib.

Bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.


Hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb.




Partlayışın elektrik sistemlərinin quraşdırılması ilə məşğul olan “Vellar Qrup”un ərazisində baş verdiyi bildirilib.