Logo
news content
User
Kateqoriyalar

Xəbər

İrəvanda etiraz aksiyalarında 151 nəfər saxlanılıb

İrəvanın mərkəzində vətəndaş itaətsizliyi aksiyası başlayıb.

"Sputnik Armenia" xəbər verir ki, “Vətən uğrunda Tavuş” hərəkatının fəalları və tərəfdarları Abovyan küçəsini zibil qutuları və skamyalarla bağlayıblar.
İştirakçılar əsas magistraldan - Myasnikyan prospektindən, həmçinin Abovyan və Teryanın mərkəzi küçələrində hərəkəti bağlamağa başlayıblar.

Polis dərhal müdaxilə edərək, yolları açmağa başlayıb. Son məlumatlara görə, İrəvanda keçirilən etiraz aksiyalarında saxlanılanların sayı 151-ə çatıb.