Logo
news content
User
Kateqoriyalar

Xəbər

İrəvan: “Ermənistan və Azərbaycan ərazi mübadiləsi apara bilər”

Ermənistan hökumətinin nümayəndəsi Qor Tsarukyan Ermənistan İctimai Televiziyasına müsahibəsində bildirib ki, Bakı və Yerevan bəzi sərhəd ərazilərinin mübadiləsini apara bilər.

"Referendum keçirilə bilər və çox güman ki, keçiriləcək, əgər tərəflər bəzi ərazilərin, məsələn, Voskepar, Berkaber üçbucağı və digərlərinin mübadiləsi barədə razılığa gəlsələr", - o  deyib.

Qeyd edək ki, Tsarukyanın qeyd etdiyi sahələr bir-birinin ərazisinə yaxındır. Onların mübadiləsi sərhədi məntiqli edir. Məsələn, Qazaxdan Mazam kəndinə, sonra Quşçu Ayrıma yol Ermənistan ərazisindən keçməyəcək.

Eyni şey Voskepardan Kirantsa gedən yola da aiddir.

Görünür, Bakı və Yerevan Azərbaycan və Ermənistan SSR-in keçmiş sərhədlərini bərpa etmək və bununla da onları daha rahat və məntiqli etmək üçün ərazi mübadiləsi aparmaq qərarına gəliblər.

Tsarukyan bildirib ki, Ermənistan və Azərbaycanın beynəlxalq hüquqi müqavilə əsası var və bunun əsasında demarkasiya aparmağa başlayıblar. Sərhədlərin müəyyənləşdirilməsi SSRİ Baş Qərargahının 1974-1978-ci illər üçün xəritələrinə əsasən aparılır.

Tsarukyanın sözlərinə görə, Kirantsda iki yaşayış evi, bir neçə tikili və bir sıra torpaq sahəsi Azərbaycan tərəfinə keçib. Eyni zamanda, 4 Azərbaycan kəndinin müəyyən əraziləri Ermənistana keçib.

O bunu SSRİ dövründə kənd sovetləri sədrlərinin, kolxoz direktorlarının tez-tez ərazi mübadiləsi aparması ilə izah edib ki, bu da inzibati sərhədlərdə əks olunmayıb.

Qor Tsarukyan onu da qeyd edib ki, delimitasiya prosesində məzmunu açıqlanmayan bir çox "həssas" məsələ var. "Ancaq bu proses birtərəfli olmayıb, qarşılıqlı güzəştlər olub", -o deyib.