
İraqın Türkiyədəki konsulluğuna silahlı hücum olub
22 Mart 2025
İraqın İstanbuldakı Baş Konsulluğuna silahlı hücum olub.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
İstanbulun Şişli rayonunun Esentepe ərazisində yerləşən İraq Konsulluğuna silahlı hücum edilib.
Hadisə zamanı konsulluq binasına zərər dəyib. İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.