Logo
news content
User
Kateqoriyalar

Xəbər

İranla sərhəddə "Qız Qalası" və "Xudafərin" bənd və hidroqovşağının açılışı olacaq

İranın Energetika Nazirliyinin məlumatına görə, bazar günü İran və Azərbaycan prezidentlərinin iştirakı ilə "Qız Qalası" və "Xudafərin" bəndlərinin açılış mərasimi olacaq.

Bu obyektlər İran tərəfindən Azərbaycanla sərhəddə Araz çayında, bu ərazilər erməni işağlı altında olarkən tikilib.

Hazırda bu bəndlərin suyundan və SES-dən ədə olunan elektrik enerjisindən hər iki ölkə istifadə edəcək.

İran mənbələrinin məlumatına görə, Xudafərin su anbarından 2 milyard kubmetr su Azərbaycan ərazilərini təchiz edəcək.

Bir müddət əvvəl Azərbaycanın Energetika Nazirliyi bildirib ki, "Xudafərin" və "Qız Qalası" SES-lər müvafiq olaraq 100 MVt və 40 MVt gücə malik olacaq.

Bu layihənin həyata keçirilməsi Azərbaycanın ildə 358 mln. kVt/saat elektrik enerjisi istehsal etməsinə, 260 min əkin sahəsinin irriqasiyasını yaxşılaşdırmağa imkan verəcək.

2016-cı ildə Azərbaycan Araz çayında "Xudafərin" və "Qız Qalası" su qovşağının və su elektrik stansiyasının tikintisinin davam etdirilməsi və enerji və su resurslarından birgə istifadə haqqında sazişi təsdiq edib.

Bu sənəd daha əvvəl ratifikasiya olunmuş sazişin davamıdır, bu sazişin həyata keçirilməsinə 1989-cu ildə başlanmış, lakin Azərbaycan ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən işğalı ilə əlaqədar dayandırılmışdı.