İranla münaqişə zamanı ABŞ-ın əsas döyüş sursatı ehtiyatları təhlükəli dərəcədə azalıb
05 Avqust 2026
ABŞ ordusu İranla münaqişə zamanı əsas raketdən müdafiə sistemi olan THAAD üçün nəzərdə tutulan raket ehtiyatlarının təxminən 80 faizini istifadə edib.
Bu barədə CNN telekanalı məlumat yayıb.
Məlumata görə, Pentaqon rəhbərliyi döyüş sursatı ehtiyatlarının təhlükəli dərəcədə aşağı səviyyəyə düşdüyü barədə xəbərdarlıq edir.
Telekanalın yaydığı daha bir xəbər də odur ki, ABŞ həmçinin “Patriot” zenit-raket kompleksləri üçün nəzərdə tutulan raket ehtiyatlarının da təxminən yarısını xərcləyib.
Qeyd olunur ki, bu göstəricilər Pentaqonun son inventar hesabatında öz əksini tapır.
ABŞ-nin müharibə naziri Pit Heqset isə CNN telekanalının ABŞ hərbçilərinin İranla münaqişə başlayandan bəri raket ehtiyatlarının 80 %-ni tükətdiyi barədə məlumatını təkzib edib.
"Bu banner yalandır, CNN. Ayıb olsun sizə. Biz saxta KİV-lərə kifayət qədər nifrət etmirik", - Heqset telekanalın xəbər başlığı olan ekran görüntüsünü əlavə edərək "X" sosial şəbəkəsində yazıb.